Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Maas, pensiya, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?

Maas, pensiya, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?


"Azərbaycan Prezidenti cənab İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiq edib. 2025-ci il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407 milyon manat (+4,2 %) olacağı gözlənilir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. O deyib ki, gələn il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönəldiləcək:

"2021-ci illə müqayisədə sosial xərclərdə 5 milyard manata yaxın artım var. Vətən Müharibəsi başa çatdıqdan sonra- 2021-ci ildə sosial xərclər 12,2 milyard manat olubsa, 2022-ci ildə 13,7 milyard manat, 2024-cü ildə 15,5 milyard manat təşkil edib, 2025-ci ildə isə 16,9 milyard manat nəzərdə tutulub. Beləliklə, 2021-ci illə müqayisədə gələn il sosial xərclər 4,7 milyard manat artıq proqnozlaşdırılır. Bu o deməkdir ki, maas, pensiya, müavinət və təqaüdlərə əvvəlki illər ilə müqayisədə daha çox vəsait nəzərdə tutulur".

Deputat qeyd edib ki, bu vəsaitərin 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək:

"Əmək pensiyalarının orta məbləğinin 531 manata çatması proqnozlaşdırılır. Yaşa görə əmək pensiyaları isə 569 manat olacaq. Əmək pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min nəfər vətəndaşımızın pensiyalarına şamil olunacaq.
Azərbaycanın müdafiə qabilyyətinin daha da gücləndirilməsinə büdcədən 8 milyard 396 milyon manat nəzərdə tutulub. Qarabağ-Şərqi Zəngəzura minumum 4 milyard manat vəsait ayrılacaq. Bununla da işğaldan azad olunmuş ərazilərimizə ayrılan vəsaitin həcmi 22 milyard manata çatacaq.

Bütövlükdə, 2025-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsidir.

Anar Əliyev
Xəbəri paylaş