Milli Məclisin deputatı Ceyhun Məmmədovun müəllifi olduğu “Gənclərə tövsiyələr” kitabı işıq üzü görüb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib. Bildirib ki, kitab uzun müddətdir sosial mediada paylaşdığı gənclərə tövsiyələr əsasında hazırlanıb.
"Ön sözdə də qeyd etdiyim kimi, kitabın ərsəyə gəlməsində əsas hədəf və məqsəd gənclərin inkişafına, fərdi bilik və bacarıqlarının artırılmasına az da olsa töhfə verməkdir.
Hər zaman qeyd etdiyim kimi gənclər bizim gələcəyimizdir. Hər birimiz onların inkişafına töhfə verməyə çalışmalıyıq. İnanıram ki, qələmə aldığım “Gənclərə tövsiyələr” kitabı gənclərin inkişafına az da olsa töhfə verəcək".
Süleyman