"Son hadisələr göstərir ki, regionda proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, Prezident İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində mümkün olur. Vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq".
Newscenter.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının mətbuat və informasiya şöbəsinin müdiri Nurlan Qələndərli deyib. O bildirib ki, prezidentimiz müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi yeni mərhələdə də vaxtı düzgün seçir:
"Azərbaycan nə tələsir, nə gecikir - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, İlham Əliyev heç vaxt avantüraya getmir, vaxtında və məqamında müvafiq addım atır. Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur".
Süleyman