Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionda vəziyyət pisə doğru dəyişə bilər

Regionda vəziyyət pisə doğru dəyişə bilər


"Görünən odur ki, regionda vəziyyət artıq hər zaman olduğu kimi deyil və bu andan sonra vəziyyət daha da pisə doğru dəyişə bilə".

Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, geosiyasi maraqlar uğrunda siyasi mübarizə və ölkələr arasında qarşılıqlı münasibətlər sistemində cərəyan edən rəqabət, artıq öz yerini aqressiyaya, şiddətə, terrora və konkret olaraq diskriminasiyaya verməkdədir:

"Ölkəmizə qarşı təxribat xarakterli məlum təyyarə hadisəsinin tərkibində çirkin planların olduğu heç şübhəsiz ki var.Bu təxribatların qarşısını almaq məqsədi ilə Türkiyənin hadisə ilə bağlı ekspert qrupunun Bakıya gəlməsi, hadisə ilə bağlı kənar təsirləri dəf etmək üçün atılan addım hesab etmək olar. Bundan başqa,Türkiyənin Suriyada təşəbbüsü ələ almasını həzm edə bilməyən qüvvələrin olduğunu nəzərə alsaq və onlar bu səbəbdən bizim mülki təyyarəmizə zərbə endirə bilmə ehtimalını artırır və onların terrorçu hərəkətləri məhz bu səbəbdən heç də təəccüblü görünmür.Azərbaycanın Türkiyə ilə birlikdə, Suriyanın yenidən qurulması istiqamətində iştirak etməsinə razılıq verməsi, görünür təxribatçı qüvvələrin xoşuna gəlməyib. Baş verən hadisələr bizi qorxutmamalıdır. Azərbaycan hər zaman olduğu kimi yenə də doğru yolda yoluna davam edəcək və bu yolda Türkiyə və Azərbaycan arasında birgə yürüdülən siyasi və iqtisadi şəkillənməyə korreksiya edilməyəcək".

Anar Əliyev
Xəbəri paylaş