2024-cü ildə qatarlarda ictimai asayişi pozduğuna görə 2 sərnişin cərimə olunub.
Bu barədə Newscenter.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları”ndan bildirilib.
Qeyd edilib ki, sərnişinlərdən biri AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 50 manat, digər sərnişin isə 305-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilib.
ADY-dən o da xüsusi olaraq bildirilib ki, “Azərbaycan Dəmir Yolları” tərəfindən sərnişinlər cərimə olunmur. Qatarda ictimai asayişi pozan sərnişinə qarşı tədbirləri qatarda asayişi təmin edən polis əməkdaşı həyata keçirir.
İl ərzində ictimai asayişi pozduğuna görə sərnişinlərin qatardan düşürülmə halları isə olmayıb.
Süleyman