Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin ictimai qınaqdan nəticə çıxardı

Putin ictimai qınaqdan nəticə çıxardı


"Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Aktauda terror aktı nəticəsində AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına görə Azərbaycandan üzr istəməsi dövlətimizin, dövlət başçısının gücünün, siyasi iradəsinin göstəricisidir. Düzdür, Kreml rəhbərinin üzrxahlığı bir qədər gec olsa da, ancaq nəticə ondan ibarətdir ki, Rusiya prezidenti belə bir addım atdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Putinin üzrxahlığını Azərbaycan dövlətinin və Azərbaycan cəmiyyətinin ictimai qınağının da nəticəsi kimi dəyərləndirmək mümkündür:

"Bir növ Vladimir Putin ictimai qınaqdan nəticə çıxardı. Hər nə qədər ağır faciə olsa da, bu cür situasiyalarda səbrli olmaq, təmkinli davranmaq lazım idi və Azərbaycan Prezidenti Cənab İlham Əliyev siyasi ustalıqla bu təmkini, səbri nümayiş etdirərək Kreml rəhbərinin Azərbaycandan üzr istəməsinə nail oldu. Onu da nəzər almaq lazımdır ki, Vladimir Putin heç də baş vermiş hansısa hadisəyə görə üzr istəyən liderlərdən deyil. Rusiya bir qayda olaraq günahının olub-olmamasından asılı olmayaraq hər zaman özünü təmizə çıxarmağa çalışıb və buna alışqan olub. Ancaq Aktauda baş verən terror aktı Rusiyanın bu inadkarlığını qırmış oldu".

Arzuman Muradlı qeyd edib ki, Rusiyanın üzrxahlığı həm də təyyarınin bu ölkə tərəfindən vurulnasının təsdiqidir.

Süleyman
Xəbəri paylaş