"Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatarın Aktauda baş verən faciəvi təyyarə qəzasından sonra Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətini ziyarət etməsi və başsağlığı verməsi iki ölkə arasındakı dostluq və həmrəyliyin mühüm göstəricisidir".
Newscenter.az xəbər verir ki, bunları Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib. O bildirib ki, belə bir hadisədə həyatını itirənlərə verilən dərin hüzn və başsağlığı cəmiyyətlərin bir araya gəlməsinə, ağrılarını paylaşmasına və bir-birinə dəstək olmasına imkan verir:
"Dövlət başçısının xatirələrində yazdığı başsağlığı onun Azərbaycan xalqına hörmət və həmrəyliyinin ifadəsidir. Ziyarətinə görə ona minnətdarlığımızı bildirərək əminik ki, bütün bunlar ölkəmizin prezidenti cənab İlham Əliyevlə münasibətlərdə səmimiyyətin və dostluğun möhkəmlənməsinə öz töhfəsini verəcəkdir".
Süleyman