Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvanın bir daha Prezident İlham Əliyevin siyasi iradəsinə boyun əyəcəyi gün uzaqda deyil

İrəvanın bir daha Prezident İlham Əliyevin siyasi iradəsinə boyun əyəcəyi gün uzaqda deyil


2024-cü il ilin son günləri minor notlarla yadda qalsa da, geridə qoyduğumuz il ölkəmiz üçün bütün sahələrdə tərəqqi və inkişafla yadda qaldı. Xüsusilə, Qazaxın anklav olmayan dörd kəndinin geri qaytarılması ilin ən əhəmiyyətli hadisələrindən biri oldu. Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə əldə etdiyi hərbi üstünlüyünü ardıcıl və sistemli şəkildə diplomatiya müstəvisində də davam etdirdi. Qərbli dəstəkçilərinin diqtəsi əsasında sülh danışıqları çərçivəsində imitasiya edən rəsmi İrəvanın bir daha cənab Prezident İlham Əliyevin siyasi iradəsinə boyun əyəcəyi gün çoxda uzaq da deyil. Çünki əsaslı mövqe və ona bağlı siyasi-iqtisadi güc olmadıqca törəmə, dövrü güc keçicidir. İndiki halda Aİ missiyası, Fransa və ABŞ-ın Ermənistana dəstəyi özünün şahlanış dövrünü yaşasa da, bu nisbidir və əbədi deyil.

Fransa artıq qlobal miqyasda əvvəlki qədər güclü və imkanları geniş olan dövlət deyil. Emanuel Makronun səhvləri və səriştəsizliyi Yelisey Sarayının yaddaşlarda qalmış nəhəng fransız imperiyası imicini yerlə bir edib. Artıq Fransanın Afrika müstəmləkəçilik siyasətinin müasir forması olan neokolinalizim ideyaları bitmək üzrədir. Ermənistanın bu gedişlə Parisə güvənməklə masada qalacağı aşkardır.

Bununla yanaşı Bayden administrasiyası dövründə Vaşinqton-İrəvan yaxınlaşmasının Tramp zamanında qaldığı yerdən, inkişaf edən templə davam edəcəyi inandırıcı deyil. Donald Tramp ölkəsinin uğursuz Yaxın Şərq siyasətini və yayılmacı politikasını bəyənmir. Çünki, Vaşinqton həmin kompaniyalara xərclədiyi vəsaitin heç 10 faizini belə qazana bilməyib. Belə məqamda siyasətə biznes düşüncəsi ilə yanaşan birinin milyardlarla dollar vəsait sərf etməklə Ermənistan üzərindən Azərbaycana, daha geniş konteksdə Rusiyaya qarşı yeni bir cəbhə açacağı inandırıcı deyil. Görünür proseslər Ermənistanın planladığı kimi cərayan etməyəcək.

Rəsmi Bakının şərtləri isə bəllidir və həmin şərtlər Ermənistan dövlətinin gələcək varlığına hər hansı bir təhdid yaratmır. Əksinə, sülh müqaviləsindən sonra yaranacaq siyasi konfiqurasiya haylar üçün də qazanclı və əlverişli olacaq. Təbii ki, onlar bunu dərk etsələr.

Pərviz Mirizadə: Siyasi şərhçi və AVP funksioneri
Xəbəri paylaş