Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya da Zəngəzur dəhlizinin əleyhinə çıxır?

Rusiya da Zəngəzur dəhlizinin əleyhinə çıxır?


"ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasından sonra Birləşmiş Ştatlar, Aİ-nın İrəvanda mülki missiya adı altında yerləşdirdiyi yarım-hərbi qüvvələrinə bir qrup ilə qoşulması Vaşinqtonun bu ölkədə tam oturuşması üçün ciddi addımdır. Həmçinin ABŞ Zəngəzur dəhlizinə nəzarət edəcəyini planlaşdırır və bu yanaşma Ermənistanı da tam qane edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Dadaşov səsləndirib. Onun sözlərinə görə, Rusiya bu planın əleyhinədir:

"Rusiya birmənalı Zəngəzur dəhlizinin açılışına və ona nəzarəti 09 noyabr Moskva bəyannaməsi çərçivəsində həllinin tərəfdarıdır. Əks halda Rusiya Zəngəzur dəhlizinin açılmasına ciddi mane olacaq və İranla eyni mövqedən çıxış edəcək. Moskvada Rusiya - İran strateji tərəfdaşlıq sazişindən sonra Rusiya və İranın Zəngəzur dəhlizinin qəti əleyhinə gedəcəyi şübhəsizdir".

Politoloq deyib ki, ABŞ-ın Ermənistanla sözü gedən sazişi Co Bayden administrasiyası tərəfindən imzalanıb, prezident səlahiyyətlərinə yenidən başlamış Donald Tramp administrasiyasının isə bu sazişə eyni yanaşma bəsləyəsi sual altındadır:

"Hətta Donald Trampın ABŞ - Ermənistan arasındakı strateji tərəfdaşlıq sazişini geri çağıracağı ehtimalını da tam istisna etmək olmaz. Gözlənilın görüşdə Donald Tramp Vladimir Putinlə razılaşarsa ABŞ və Ermənistan arasındakı saziş əhəmiyyətsiz olacaq.

İndiki vəziyyətdə Zəngəzur dəhlizi ilə bağlı qeyri-müəyyənlik, ancaq Donald Tramp və Vladimir Putinin razılaşmasına və ya razılaşmamasına qədərdir".

Anar Əliyev
Xəbəri paylaş