Azərbaycan və Gürcüstan tarixi, coğrafi və mədəni ünsürləri təməl götürən mehriban qonşuluq əlaqələrinə malikdir. Bu iki qonşu ölkə arasında münasibətlər dostluq və strateji tərəfdaşlıq prinsiplərinə dayanır.
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Nəzrin Bayramova deyib. O bildirib ki, tarix boyu Azərbaycan və Gürcüstan arasında yaxın mədəni və iqtisadi əlaqələr formalaşmışdır:
"Azərbaycan və Gürcüstan coğrafi baxımdan bir-birinə çox yaxındır, bu da iqtisadi, siyasi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə imkan yaratmışdır. Xəzər dənizi regionunda neft və qaz resurslarının Avropa bazarlarına çatdırılmasında ölkələr arasındakı iş birliyi olduqca vacibdir. Azərbaycan və Gürcüstan arasındakı siyasi mənasibətlər strateji tərəfdaşlıq üstünə qurulmuşdur. Beynəlxalq platformalarda bu iki ölkə bir-birini dəstəkləyir, regional sabitlik və təhlükəsizlik məsələlərində birgə çalışırlar."
Hakim partiya təmsilçisi qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər daha da güclənmək potensialına malikdir:
"Xüsusilə iqtisadiyyat, energetika, turizm və texnologiyalar sahəsində yeni imkanlar ölkələrarası münasibətlərin genişləndirilməsinə təkan verə bilər".
Anar Əliyev