Qazaxıstan daşqınlar zamanı qonşu ölkələrlə əməkdaşlıq haqqında razılığa gəlib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Su Təsərrüfatı və Suvarma Nazirliyinin rəsmi nümayəndəsi Moldir Abduəliyeva deyib.
Nazirlik sözçüsü bildirib ki, qonşu ölkələrlə danışıqlarda heç bir çətinlik yoxdur.
Daşqın dövründə qarşılıqlı fəaliyyət üzrə Qazaxıstan-Rusiya birgə işçi qrupu yaradılıb. Artıq işçi qrupunun tərkibi, qaydaları və 2025-ci il üçün iş planı təsdiq edilib. Beləliklə, Qazaxıstan və Rusiya daşqın dövründə məlumat mübadiləsi barədə razılığa gəliblər.
Çinlə daşqın işləri də ikitərəfli razılaşmalar əsasında həyata keçirilir. Qırğızıstanla danışıqlar zamanı Talas çayı vasitəsilə suyun həcminin artırılması ilə bağlı razılıq əldə olunub.
Anar Əliyev