Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO de-fakto çökür

NATO de-fakto çökür


"Yeni dünya siyasi nizamı Rusiyanın Ukraynaya qarşı işğalı fonunda ciddi dəyişdi. Artıq yeni dünya siyasi nizamı 2022-ci fevralından əvvəlki kimi deyil".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ oturuşmuş ənənəvi xarici siyasət strategiyasından imtina edir:

"ABŞ-ın bir qütblü dünyadan imtina edərək, Rusiyanın da fövqəl dövlət statusunu tanımaq kimi planı var. Məhz ABŞ Rusiyanın işğalına məruz qalan Ukraynanı dəstəkləməkdən imtina edərək, Moskva ilə eyni masada oturur. Demək olar ki, NATO de-fakto çökür. Həmçinin ABŞ və Avropa arasında təhlükəsiz bağları qopur".

Politoloq deyib ki, Avropa ölkələri Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında ciddi sövdələşməyə imkan verməməyə çalışır:

"Böyük Britaniya baş naziri, Fransa və Ukrayna prezidentlərinin Vaşinqtona səfəri gözlənilir. ABŞ Ukrayna ilə mineral ehtiyatlarla bağlı saziş imzalasa da, Rusiyanın işğal etdiyi ərazilərdən çəkilməsi məsələsini qaldırmayacaq.

ABŞ və Rusiya razılaşması var. Bu razılaşma Avropa və Ukraynanın maraqlarina uyğun deyil. Azərbaycan mövcud siyasi, hərbi təhlükəsizlik problemlərini neytrallaşdırmaq üçün addımlar atır. Pakistanla hərbi müstəvidə əməkdaşlıq, Türkiyə ilə bütün spketrlərdə əlaqələri inkişaf etdirməklə mövcud təhlükələrdən yayınmaq istiqamətində addımlar atır. Prezident İlham Əliyevin Türkiyəyə səfəri və Pakistana gözlənilən səfər ölkəmizin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir".

Süleyman
Xəbəri paylaş