
Qazaxıstan Çin və Rusiya arasında etibarlı körpüyə çevrilməlidir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan-Alman Universitetinin Beynəlxalq və Regional Əməkdaşlıq üzrə Tədqiqat İnstitutunun direktoru Bolat Sultanov bildirib.
O, Valday Klubunda keçirilən 5-ci Mərkəzi Asiya Konfransında deyib ki, Qazaxıstan Rusiya, Çin və Mərkəzi Asiya ölkələri ilə əlaqələr qurmağı öyrənməlidir.
Politoloq, Qazaxıstan Xalqları Assambleyasının üzvü Akbope Abılkasımovanın fikrincə, əgər inkişaf etmək istəyiriksə, inteqrasiyanın həyati zərurət olduğunu nəzərə almağa dəyər.
Natiq Mərkəzi Asiya və Qazaxıstanın aktual problemlərinə toxunub. Xüsusən də ekologiya, əhalinin artımı, əmək miqrasiyası barədə danışıb.
Xatırladaq ki, martın 4-5-də Valday Beynəlxalq Diskussiya Klubu özünün 5-ci Mərkəzi Asiya Konfransını keçirir. Tədbirdə 10 ölkədən, o cümlədən Rusiya, Qazaxıstan, Çin, Hindistan və digər ölkələrdən 50-dən çox ekspert və siyasətçi iştirak edir.
Anar Əliyev