Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ xarici tələbələrin vizalarını ləğv edir

ABŞ xarici tələbələrin vizalarını ləğv edir


ABŞ-da 600-dən çox xarici tələbənin vizası ləğv edilib.


Newscenter.az TASS-a istinadən bildirir ki, tələbələrin vizasının ləğvi bəzi hallarda İsrail əleyhinə fəaliyyətlərdə iştirak, digər hallarda isə “xırda cinayətlərlə” bağlı olub.

ABŞ-ın təhsil xəbər platforması Inside Higher Ed tərəfindən toplanan məlumatlar 100-dən çox universitet və ali təhsil müəssisəsindən 600-dən çox tələbənin viza statusunun dəyişdiyini üzə çıxarıb.

Bu tələbələrin çoxunun F-1 və ya J-1 tələbə vizalarını itirdikləri bildirilir.

Bəzi tələbələr universitet şəhərciklərində İsrail əleyhinə nümayişlərdə iştirakları ilə əlaqələndirildi.

Mehman Mehdiyev
Xəbəri paylaş