Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin lideri ABŞ-a gedəcək

Çin lideri ABŞ-a gedəcək


Çin prezidenti Si Cinpin Birləşmiş Ştatlara səfər edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp məlumat verib. Tramp bildirib ki, Çin lideri Amerikanın təyin etdiyi tarif siyasətini müzakirə etmək üçün okeanın o tayına gedəcək.

Qeyd edək ki, bundan əvvəl Çin lideri Asiya turnesinə çıxacaq. Si Cinpin aprelin 14-dən 18-dək Vyetnam, Malayziya və Kambocaya dövlət səfərləri edəcək.

Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir ki, Si Cinpin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam və respublika prezidenti Luonq Kuonqun dəvəti ilə aprelin 14-15-də Hanoyda səfərdə olacaq. ÇXR rəhbəri aprelin 15-18-də Malayziya Kralı İbrahim və Kamboca Kralı Norodom Sihamoninin dəvəti ilə Kuala-Lumpur və Pnompendə səfərdə olacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş