Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan silahlanma yarışına girib

Ermənistan silahlanma yarışına girib


"Sülh müqaviləsi üçün şərtlərin razılaşdırılması elan edildikdən sonra sərhəddə uzun müddətdə bəri müşayət edilən atəşkəsin yenidən pozulması onu deməyə əsas verir ki, prosesdə hələ qaranlıq məqamlar var və kimlərsə bu sülhdə maraqlı deyil"

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Ermənistan silahlanma yarışına girib:

"Ərazisinə ABŞ, Aİ, İran, Rusiya, Fransa nümayəndələrini müxtəlif şəkildə toplayıb. Kimiləri müşahidə, kimiləri təlim adı ilə, kimiləri də rəsmi hərbi birləşmələri şəklində. Azərbaycan da dəfələrlə sülhdə maraqlı olduğunu bildirib. Müharibə dövrünün bitdiyini açıqlayıb. Onda bu gərginlik kimə lazımdır? Məsələ ondadır ki, Azərbaycan sülh müqaviləsi üçün lazım olan şərtini açıqlayıb".

Azər Qasımov deyib ki, Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması ilə sərhəddən üçüncü tərəflərin nümayəndələrinin çıxarılması zəruridir. Amma Ermənistan vaxt uzatmaqla məşğuldur:

"Əlverişli geosiyasi vəziyyət gözləyir ki, nisbətən məqbul şərtlərlə razılıq əldə etsin. Görünən odur ki, münaqişə tərəflərinin problemi kənardadır. İstəsələr belə, xüsusən Ermənistan müqaviləni imzalaya bilmir. Buna Fransa, Rusiya, yoxsa İran mane olur bu maraqlıdır. Hesab etmək olar ki, Ermənistan üzərində bunların hamısının təsiri olduğu üçün hamısı sülhə mane olur. Atəşkəs də bunlara bağlı qüvvələr tərəfindən pozulur. Hələlik sülh mühitinin olmadığını göstərmək üçün. Silahlandırılan Ermənistanın günün birində onların təhriki ilə Azərbaycana qarşı hərbi əməliyyatlara da başlaması mümkündür. Təbii ki, bu, intihara bərabər hal olacaq. Ancaq Paşinyanın buna gedəcəyinə ehtimal vermirəm. Məsələ ondadır ki, həmin ölkələrin sülh müqaviləsinə qarşı müqavimətini qırmaq üçün Ermənistan bir daha məğlub olmalıdır ki, ona olan kirli planların üstündən xətt çəkilsin, ümid itsin. Bundan sonra sülh olacaq. Artıq Azərbaycanın for-postu Ermənistan adlı "ölkə" ilə".

Süleyman
Xəbəri paylaş