
Son günlərdə Ermənistan tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması xəbərləri,bir daha deməyə əsas verir ki, Ermənistanı bizim üzərimizə qızışdıran qüvvələr var.Hər zaman qeyd etmişik və indi də qeyd edərək demək lazımdır ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına mane olan qüvvələrin başında Rusiya və İran dayanır və əsirlərdən gələn bu çirkin planlara söykənən siyasət indi də davam edir və müxtəlif səbəblərdən dolayı bu siyasət səngiyə bilib, amma, heç bir zaman Azərbaycana qarşı bu çirkin siyasətlərindən əl çəkməyiblər.Bu səbəbdən Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanması gününə qədər bu kimi təxribat xarakterli atəşkəsin pozulması halları olacaqdır və belə vəziyyət heç bir halda böyük münaqişəyə gətirib çıxara bilməz.Çünki, iki ölkə arasında sülhün bağlanması prosesinə mane ola biləcək heç bir şey qalmadı və Ermənistan tərəfi üzərinə Azərbaycan tərəfinin qoyduğu öhdəlikləri əməl etməklə mükəlləfdir.Demək olar ki, bu prosesləri beynəlxalq təşkilatlar və xüsusilə də ABŞ-ın yeni adminstrasiyası yaxından izləyir və yaxın gələcəkdə ümid edirəm ki proseslər yekunlaşacaq və yekun sülh müqaviləsi imzalanacaq.
Çingiz Şahbazi, siyasi ekspert