
İran Ermənistanla sərhəddə, Zəngəzur bölgəsində hərbi təlimlərə başlayıb. İşğalçı ölkə ilə bu cür təlimlərin keçirilməsi ilə Tehran rejimi nə demək istəyir?
Bu təlimləri bir neçə arqumentlə əsaslandırmaq olar:
Birincisi, İran-Ermənistan təlimləri son günlərdə ermənilərin Azərbaycanla şərti sərhəddə atəşkəsi pozduğu günlərə təsadüf edir. Bu, baxımdan təlimlər bölgədə dayanıqlı sabitliyə qarşı təxribat kimi qiymətləndirilə bilər.
İkincisi, sərhəddə atəşin açılması təxribatı ilə Ermənistan Azərbaycanın guya təzyiqinə məruz qalacağı şousu yaratmaq, tək qalmamaq üçün İranın “hərbi dirəyinə” bel bağladığı görüntüsü yaratmaq istəyir.
Üçüncüsü, İrəvan son vaxtlarda Azərbaycanın irəli sürdüyü 17 maddəlik sülh sazişi mətninin imzlanmasını və digər tələbləri arxa plana keçirməyə çalışır. Tehran bununla İrəvana “siyasi” dsətək” vermək, “əlini gücləndirmək” istəyir.
Dördüncüsü, sülh müqaviləsindən yayınan İrəvan Zəngəzur dəhlizinin yaradılması istiqamətində aparılan səyləri də pozmağa çalışır və İranın hərbi təlimlər keçirməsi kommunikasiyaların açılmasını ləngitməyə xidmət edir.
Sözsüz ki, İranın bu davranışları xoş qarşılana bilməz, Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində bəyan etdiyi kimi. İranla bir qonşiyuq, birgə regional layihələrdə təmsil olunuruq, ancaq bizə qarşı olan ədalətsizliyi, səfirliyimizə qarşı törədilmiş terror aktını unuda bilmərik. Ələxsus da terrorçunun ruhi xəstə elan edilməsi qəbuledilməzdir və İranın qeyri-səmimiliyini göstərir.
Bütün bunların konteksində deyə bilərik ki, İran sərhəd aqressiyaları törətməyə cəhd edən Ermənistanla hərbi əməkdaşlıq etməklə, Azərbaycanın maraqlarına qarşı çıxmaqda davam edir.
Ermənistan isə İrana arxayın olaraq Azərbaycanın səbiri ilə oynaya bilməz, Ali Baş Komandanın dediyi kimi ölkəmiz qarşı tərəfdən gözlənilə bilən hansısa təcavüzün qarşısını almaq və ani bir vaxtda Ermənistanı cəzalandırmaq iqtidarındadır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor