Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhü istəməyən Ermənistandır

Sülhü istəməyən Ermənistandır


"Görünən odur ki, sülh istəməyən Ermənistandır. Əgər Ermənistan sülh istəsəydi, yenidən müharibəyə hazırlaşmazdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamal Cəfərov səsləndirib. Millət vəkili deyib ki, Ermənistanın Azərbaycanla sərhəddə istehkamlar qurması da məhz bu ölkənin müharibə hazırlıqlarından xəbər verir:

"Maraqlısı odur ki, həmin istehkamlar müdafiə xarakterli deyil və müharibəyə hazırlıq, hücum xarakteri daşıyan istehkamlardır. Onu da xüusi qeyd etmək lazımdır ki, Ermənistanı buna təhrik edən, müharibəyə sövq edən Avropa İttifaqının Ermənistanda olan missiyasıdır".

Milllət vəkili deyib ki, Ermənistan yenidən səhvə yol verməməli və müharibə hazırlqlarını dayandırmalıdır:

"Unutmamalıdır ki, Dəmir Yumruq yerindədir və istənilən təxribata qarşı ən sərt şəkildə cavab verməyə hazırıq".

Süleyman
Xəbəri paylaş