
Rusiyada 5 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Yakutiyada olub. Belə ki, "Toyota" markalı minik avtomobili ilə "Kamaz" markalı yük maşını toqquşub.
Nəticədə 5 nəfər ölüb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir, 15 nəfər və 5 texnika cəlb olunub. Nəqliyyatda heç bir məhdudiyyət yoxdur.
Mehman Mehdiyev