
ABŞ-dan gələn xüsusi təyyarə Vnukovo hava limanına enib.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Lakin təyyarənin Rusiyaya hansı məqsədlə gəldiyi açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl Latviya üzərindən hərəkətə cavabdeh olan Riqa uçuş məlumat regionunun hava hərəkətinə nəzarət xidməti Bombardier Global 7500 təyyarəsinin Rusiya hava sərhədini keçməsi barədə məlumat vermişdi. Onlar marşrutun son təyinat məntəqəsini dəqiqləşdirməyib, sadəcə bildiriblər ki, o, dövlət sərhədini keçərkən monitorinq üçün Rusiya aviadispetçerlərinə verilib.
Təyyarə ilə bağlı məlumatlar aviasiya trafikini izləyən internet resurslarından alınan məlumatlarla təsdiqlənib. Onların sözlərinə görə, təyyarə Florida ştatının Fort Lauderdeyl beynəlxalq hava limanından havaya qalxıb.
Anar Əliyev