
Birləşmiş Ərəb Əmirlikləri Qazaxıstanda nəhəng şəkər zavodu tikəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, “Al Khaleej Sugar” şirkəti Almatı vilayətində yeni fabrik tikməkdə maraqlıdır.
Şirkətin icraçı direktoru Şeyx Camal Əl Qureyr bu məqsədlə Qazaxıstana səfər edib və regionun qubernatoru Marat Sultanqaziyevlə görüşüb. Tərəflər Kunayev şəhəri yaxınlığındakı ərazinin yeni zavod üçün maddi-texniki cəhətdən sərfəli olacağı barədə razılığa gəliblər. Amma ilk növbədə su problemini həll etmək lazımdır. Şəkər çuğundurunun suvarılması üçün alternativ su mənbələrinə ehtiyac olacaq.
"Məqsədimiz tam avtonom müəssisə yaratmaqdır. Bərpa olunan enerji mənbələrindən istifadə ətraf mühitə təsirləri azaldacaq və zavodun uzunmüddətli dayanıqlı inkişafını təmin edəcək", -deyə BƏƏ-dən olan iş adamı bildirib.
Görüşün nəticəsi olaraq tərəflər regionun hidroloji ehtiyatlarının hərtərəfli öyrənilməsi üçün peşəkar məsləhətçilər və ixtisaslaşmış təşkilatların cəlb edilməsi barədə razılığa gəliblər. Bu həll suvarma problemini effektiv şəkildə həll edəcək və investisiya layihəsinin uğurla həyata keçirilməsinə imkan verəcək.
Mehman Mehdiyev