Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün bölgədə kimin başı dərdə düşsə Türkiyəyə üz tutur-ƏRDOĞAN

Bu gün bölgədə kimin başı dərdə düşsə Türkiyəyə üz tutur-ƏRDOĞAN


"Bu gün bölgədə kimin başı dərdə düşsə Türkiyəyə üz tutur".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Türkiyə lideri bildirib ki, bunun başlıca səbəbi Türkiyənin humanist, yardımsevər bir ölkə olmasıdır:

"Həmçinin ölkəmizdə sabitliyin mövcud olması da bunu şərtləndirən başlıca amillərdəndir. Biz Türkiyəni pəmah bilib ölkəmizə gələn hər kəsə qucaq açır, öz insani keyfiyyətlərimizi nümayiş etdiririk".

Ərdoğan deyib ki, bu kimi hallardan heç də bezmirlər, əksinə qürur duyurlar:

"Qürur duyuruq ki, dünyanın müxtəlif bölgələrindəki münaqişələrdən qaçan insanlar Türkiyəyə pənah gətirirlər".

Anar Əliyev
Xəbəri paylaş