
Qazaxıstanda əhaliyə verilən kreditlərin həcmi ilin əvvəlindən 3,5% artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Avrasiya İnkişaf Bankının həftəlik icmalında bildirilir.
O cümlədən, qazaxıstanlıların istehlak və digər ehtiyacları üçün verilən kreditlər müvafiq olaraq 4,6% və 8,4% artıb. Lakin biznesə verilən kreditlər 0,3% azalıb.
Ümumilikdə, 2025-ci il aprelin 1-nə Qazaxıstanın bank sektorunun kredit portfeli ilin əvvəli ilə müqayisədə 1,9% artaraq 36,6 trilyon tenge (71 milyard dollar) təşkil edib.
Mehman Mehdiyev