Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektrik istehsalı artıb

Elektrik istehsalı artıb


Türkiyədə elektrik enerjisi istehsalı artıb.

Newscenter.az Enerji Bazarını Tənzimləmə Agentliyinə (EPDK) istinadən bildirir ki,
fevral ayında elektrik istehsalı əvvəlki ilin eyni ayına görə 6,5 faiz artaraq 27 milyon 326 min 453 meqavatsaata çatıb.

Enerji Bazarını Tənzimləmə Agentliyinin (EPDK) “Elektrik Enerjisi Bazarı Sektoru Hesabatı”na əsasən, lisenziyalaşdırılan elektrik enerjisi istehsalının 29,1 faizi təbii qaz elektrik stansiyaları, 24,1 faizi xaricdən gətirilən kömür elektrik stansiyaları, 15,2 faizi su elektrik stansiyaları, 11,1 faizi külək elektrik stansiyaları, 10,6 faizi geotermik elektrik stansiyaları tərəfindən təmin edilib.

Bu mənbələrdən sonra biokütlə, günəş, kömür, asfaltit və mazut gəlir.

Eyni dövrdə faturalı elektrik istehlakının miqdarı təxminən 4 faiz artaraq 23 milyon 191 min 824 meqavat saata yüksəlib.

Anar Əliyev
Xəbəri paylaş