
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Hökumət Kabineti toplanacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Hökumət Kabinetinin iclasında əsas müzakirə mövzusu 'İstanbulda baş verən son zəlzələ olacaq.
İclasda İstanbulda 6,2 bal gücündə baş vermiş zəlzələdən sonra aparılan hərtərəfli araşdırmalar müzakirə olunacaq.
Riskli binalar, təcili transformasiyaya ehtiyacı olan strukturlar, sosial mənzil layihələri və həyata keçirilməsini gözləyən yeni planlarla bağlı prezident Ərdoğan müvafiq qurumların dəyərləndirmələrini dinləyəcək.
Nazirlər Kabinetinin iclasında yeni sosial ev layihələri də müzakirə olunacaq. 2023-cü ildə başlayan 'Yarısı Bizdə Kampaniya' ilə yanaşı, ilin sonunda həyata keçirilməsi gözlənilən böyük sosial mənzil kampaniyası ilə bağlı detalların da müzakirə ediləcəyi gözlənilir.
Süleyman