
Son 5 ildə istehsalat xəsarətlərinin sayı 6,3 faiz, ölənlərin sayı isə əvvəlki illə müqayisədə 2,9 faiz azalıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan müəssisələrində hər il 1400-dən çox bədbəxt hadisə baş verir, onlardan 200-ə yaxını ölümlə nəticələnir.
İqtisadi sektorlar baxımından ən çox qurban mədən-metallurgiya kompleksi müəssisələrində 15,3 faiz olaraq müəyyən edilib. İkinci yerdə isə 12 faizlə tikinti sektoru gəlib.
Məlumata görə, Qazaxıstanda 470 mindən çox işçi zərərli və təhlükəli iş şəraitində işləyir. 2024-cü ildə attestasiyanın nəticələrinə görə, 679 min işçi zərərli iş şəraitində işlədiyinə görə müxtəlif kompensasiyalar alıb. İşəgötürənlər bu məqsədlər üçün 297,4 milyard tenge ayırıblar ki, bu da 2023-cü illə müqayisədə 16,6 faiz çoxdur.
2024-cü ilin sonunda bədbəxt hadisələrlə bağlı hüquq-mühafizə orqanlarına 1042 material göndərilib, 215 cinayət işi başlanıb.
Mehman Mehdiyev