Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda baş verən zəlzələdən 1640 bina zərər görüb

İstanbulda baş verən zəlzələdən 1640 bina zərər görüb



Aprelin 23-də İstanbulda baş vermiş 6,2 bal gücündə zəlzələdən 1640 bina cüzi də olsa zərər görüb.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial media hesabında paylaşıb.

"İstanbulda dəyən zərərin qiymətləndirilməsi işimiz çərçivəsində indiyədək 18 074 binaya baxış keçirmişik. 16 434 binanın zədələnmədiyini, 1 640 binanın isə cüzi ziyan gördüyünü müəyyən etdik. Zərərin qiymətləndirilməsi istiqamətində işimiz tamamlandıqdan sonra lazım olanı edəcəyik",-deyə nazir söyləyib.

Anar Əliyev
Xəbəri paylaş