
"İran prezidenti M. Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında regional yeni siyasi-təhlükəsizlik çağırışları fonunda baş verir. İran daima Azərbaycanla siyasi müstəvidə böhrana aparacaq siyasət həyata keçirib. Bu səfər iki ölkə arasında münasibətlərin inkişafı baxımından həlledicidir. Amma, rəsmi Tehran Azərbaycanla bağlı öz siyasətində ciddi korrektlərə getməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, İran prezidentinin bu səfərində iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, ortaq layihələrin icrası razılaşdırılacaq:
"Amma, İran tərəfi "Zəngəzur" dəhlizinin açılması istiqamətində öz qeyri-konstruktiv mövqeyindən geri çəkilməlidir. Prezident M. Pezeşkian səfər öncəsi verdiyi açıqlamada Zəngəzur dəhlizi ilə bağlı pozitiv açıqlama verdi. Amma, bu məsələdə Ali dini rəhbər Ə. Xameneinin açıqlaması Tehranın rəsmi mövqeyi kimi qəbul edilir. Bu səfərdən sonra Tehran Zəngəzurla bağlı siyasətində korrektlər edə bilər".
Politoloq deyib ki, M. Pezeskianın bu səfərdən sonra bir müddət münasibətlərin normal müstəvidə davam etməsi gözlənilir:
"Amma, İranın mühafizəkar kəsiminin Azərbaycanla siyasətində müsbət istiqamətdə dəyişikliklər edəcəyi gözlənilmir. Buna baxmayaraq iki ölkə arasında münasibətlərin M. Pezeşkianın prezidentliyi dönəmində böhranlı vəziyyətə gəlməyəcək. Tehranda oturanlar başa düşməlidir ki, Azərbaycandan İrana qarşı hər hansı təhdid yoxdur.
Qeyd edim ki, İsrail Bas nazirinin Azərbaycana səfəri gözlənilir. Bu səfərdən sonra İranda radikallar Azərbaycana qarşı yenidən informasiya təxribatlarına başlayacaq. Təbii ki, İsrail Baş naziri İran-Azərbaycan əməkdaşlığından narahatdır. İsrailin Baş naziri B. Netanyahu regional ittifaqları və dövlətlər arasında münasibətləri pozacaq fiqurdur. Amma, Azərbaycan öz müstəqil siyasi gündəliyi var. Rəsmi Bakı B. Netanyahuya Ağ Ev deyil".
Politoloq deyib ki, Azərbaycan qonşulari ilə normal münasibətlərə üstünlük verəcək xəttə sahibdir:
"Prezident İlham Əliyev İranla normal münasibətlərdə maraqlıdır. Bunun üçün kifayət qədər siyasi iradə ortaya qoyur. Top İran tərəfindədir".
Süleyman