Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan və Netanyahunun Bakıda görüşmə ehtimalı var

Ərdoğan və Netanyahunun Bakıda görüşmə ehtimalı var


"İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya planlaşdırılan səfəri və səfərin bitməsinə bir gün qalmış Türkiyə Prezidenti cənab Ərdoğanın da Bakıya planlaşdırılan gəlişi onu deməyə əsas verir ki, hər iki liderin Bakıda görüşmə ehtimalı daha çox real görünür. Bildiyiniz kimi, bu yaxınlarda Bakıda Türkiyə və İsrail arasında görüş keçirilib və daha sonra İsrailin üzünə hava məkanını bağlayan Türkiyə, məhz İlham Əliyevin xahişi ilə yenidən hava məkanını İsrail baş naziri üçün açdı. Bütün bu olub bitənləri nəzərdən keçirsək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu iki dost və müttəfiq ölkə arasında münasibətlərin yenidən qurulmasına səy göstərməsini görərik".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi İsrail baş nazirinin Azərbaycana nəzərdə tutulan səfərini şərh edərkən səsləndirib. O deyib ki, Türkiyə Azərbaycan üçün dünyada heç bir ölkə ilə müqayisə olunmayan qardaş dövlətdir:

"İsrail isə Azərbaycanın müttəfiqidir desək daha doğru olar. İsrail və Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişafı xüsusilə müttəfiqlik münasibətləri əsasında həyata keçirilib və bu səbəbdən həmin münasibətlər, hər iki ölkə arasında yüksək səviyyədə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev, zaman-zaman region dövlətləri arasında münasibətlərin yenidən qurulmasına xidmət edən barışdırıcı missiyası ilə gündəmə gəlib. Düşünürəm ki, İsrail baş nazirinin Bakıya planlaşdırılan bu səfəri də məhz Türkiyə ilə bağlıdır. İran məsələsi də səfərin əsas məqsədlərindən biri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevlə müzakirə edilə bilər".

Ekspert deyib ki, İran, Azərbaycan üçün qohumluq əlaqələri və qonşu ölkədir:

"Bu baxımdan Azərbaycanın yaxın müttəfiqi və dostu hesab edilən İsrailin İrana qarşı hər hansı bir siyasi və hərbi müdaxiləsi ölkəmizin maraqları nəzərə alınmadan atıla bilməz və burda sözsüz ki, regionun və Yaxın Şərqin böyük güclərindən biri olan Türkiyə faktoru da var. Bu üzdən, Azərbaycan bu dövlətlərin arasında münasibətlərin qurulmasına xidmət edən və regionda sülhün və təhlükəsizliyin təmin edilməsində, danışıqlar prosesinə zəmin yaradan ən güvənli mövqeyə sahib, müttəfiq dövlət olduğunu artıq dəfələrlə ispat etmişdir.

Anar Əliyev
Xəbəri paylaş