Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb

Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb


Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.

Newscenter.az-ın məlumatına görə, altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün 1,5 milyon manat ayrılması nəzərdə tutulub.

Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

Sevinc Mehdiyeva
Xəbəri paylaş