
Qazaxıstanda investor vizasının alınması qaydaları təsdiq edilib. Xarici İşlər Nazirliyi bunu “qızıl viza” adlandırıb.
"Yeni tələblərə əsasən, Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya yerli qiymətli kağızlara ən azı 300 min ABŞ dolları məbləğində sərmayə qoymuş xarici vətəndaşlar investor vizası üçün elektron ərizə təqdim edə bilərlər. Bu "qızıl viza" Qazaxıstanda 10 ilədək yaşayış icazəsi almaq imkanını nəzərdə tutur", - rəsmi məlumatda deyilir.
Bu cür viza proqramları Avropa, ABŞ, BƏƏ və Sinqapurda geniş istifadə olunur. Qazaxıstan da kapitalın qorunmasına və sabit beynəlxalq iqtisadi əlaqələrin inkişafına yönəlmiş təşəbbüslə çıxış edib.
Bu gün “qızıl viza” ilə bağlı sənədə baxılıb. Və 10 gündən sonra qüvvəyə minəcək. Həmin vaxt investorlar ərizə verə bilərlər.