
Azərbaycanın regional və qlobal əhəmiyyətinin artması, artıq geosiyasi gücə çevrilməsi yerləşdiyimiz coğrafiyada bir sıra problemlərin həllinə, Ermənistanla sülh prosesinin tezləşməsinə öz müsbət təsirini göstərə bilər. Rəsmi Bakının artan beynəlxalq gücü və nüfuzu fonunda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq məcburiyyətindədir.
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı deyib. O bildirib ki, Azərbaycanın Çin kimi dünya nəhəngi ilə münasibətləri inkişaf etdirməsi, İranla əlaqələrin möhkəmləndirilməsi bütün bunlarra təsir edəcək amillərdəndir:
"Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində Pekinin İrəvana təzyiq göstərə bilmə imkanlarının gündəmə gəlməsi təsadüfi deyildi. Bu gün Çin əlverişli nəqliyyat dəhlizləri, logistika imkanlarının meydana çıxmasında maraqlıdır. Bu mənada Zəngəzur dəhlizinin açılması Pekin üçün əhəmiyyətli sayıla bilər. Eyni zamanda İran da sözügedən dəhlizin istifadəyə verilməsindən müəyyən mənada iqtisadi səmərə götürə bilər. Bu mənada həm Çin, həm də İranın Ermənistana hansıs formada təzyiq göstərməsi mümkün ehtimllardandır. Məlumdur ki, Zəngəzur dəhlizinin açılması Ermənistanla Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinin komponentlərindən biridir. Bütün bunları nəzərə alaraq demək olar ki, Çinin və İranın Zəngəzur dəhlizi məsələsinə isti yanaşması istər-istəməz sülh müqaviləsinin imzalanmasını tezlışdirə bilər. Təbii ki, bu prizmada Ermənistan da Azərbaycanın irəli sürdüyü müəyyən şərtləri qısa müddətdə yerinə yetirməlidir".
Arzuman Muradlı onu da deyib ki, İsrailin baş naziri Benyamin Netanyahunun bu ərəfədə Azərbaycana səfər etməsindən də Ermənistan müəyyən nəticə çıxarmalı olacaq:
"Sülh müqaviləsindən danışmaqla paralel olaraq sürətli silahlanma yolunu tutan Ermənistan üçün İsrail baş nazirinin Azərbaycana səfəri soyuq duş effekti yarada bilər. Çünki Bakı ilə Təl-Əviv arasında xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsindən heç şübhəsiz ki, Ermənistan nəticə çıxaracaq. Çünki İkinci Qarabağ müharibəsi zamanı İsraildən aldığımız pilotsuz uçuş aparatlarının üstünlüklərini Ermənistan çox yaxşı bilir".
Süleyman