Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il 10 min biznes təşəbbüsü dəstəklənəcək

Bu il 10 min biznes təşəbbüsü dəstəklənəcək


Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi və “Damu” Fondu sahibkarlıq subyektlərinin güzəştli kreditləşdirilməsi üçün iki yeni xidməti istifadəyə verib.

Newscenter.az "Sputnik Qaazaxıstan"a istinadən bildirir ki, indi istənilən kiçik və ya iri sahibkar kifayət qədər girov olmadan belə maliyyə ala bilər.

İlk dəstək 7 milyard tengedən başlayan irimiqyaslı layihə üçün nəzərdə tutulub. İkinci dəstək kiçik və orta sahibkarlığa verilir. Söhbət 7 milyard tengeyə qədər olan layihələrə aiddir.

Nazirlikdən verilən məlumata görə, girovsuz kreditin rəsmiləşdirilməsi müddəti cəmi 2 gündür. Artıq 3,3 milyard tenge dəyərində 34 layihə dəstək alıb.

2025-ci ilin sonuna kimi 10 min layihə, 2028-ci ilə qədər isə hər il 50 min sahibkarlıq subyekti dəstəklənəcək.

Nazirlikdən bildirilib ki, bu təşəbbüslər iqtisadi artımın sürətləndirilməsi çərçivəsində həyata keçirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş