Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Hindistan-Pakistan müharibəsinə qarışa bilər

Çin Hindistan-Pakistan müharibəsinə qarışa bilər


"Hindistan son illərdə hərbi texniki və iqtisadi cəhətdən müəyyən inkişafa nail olub. Baş nazir N. Modi millətçi və islamafob sistem qurub. Kəşmirin muxtariyyətini ləğv edərək, regionun hüquqlarını ləğv edib. Hindistana ABŞ kifayət qədər sərmayə qoyub. ABŞ maşın və texnoloji şirkətləri Çini tərk edərək, Hindistana köçüb. Bu da Hindistan iqtisadiyyatının inkişafına mühüm töhfələr verir".

Newscenter.az-ın
xəbərinə görə, bunları deyən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Pakistanda siyasi və sosial problemlər, bellucların artan silahlı terror fəaliyyəti İslamabadı kifayət qədər zəiflədir:

"Pakistanın hərbi büdcəsi 8 milyard dollara yaxındır. Bu da Hindistanın hərbi büdcəsindən kifayət qədər azdır. Buna baxmayaraq Pakistan ordusu kifayət qədər güclüdür və Hindistanın hərbi təcavüzünün qarşısını almağa qadirdir. Ona görə də Hindistan Pakistana qarşı hərbi əməliyyatları genişləndirməkdən yayınır.

Hindistan iqtisadiyyati və hərbi sənayesinin inkişafı millətçi N.Modini Pakistana qarşı hərbi əməliyyatlar keçirməsinə sövq edib. Həmçinin Pakistan və Çin əlaqələrinə zərbə vurmağa çalışır. Bununla regionda öz mövqeyini gücləndirməklə, beynəlxalq aktor olmağı hədəfləyir. Bunun üçün Pakistan üzərində hərbi qələbəni təmin etməyə çalışır. Amma, baş verəcək müharibə hər iki tərəfin üstünlük əldə etməsinə gətirib çıxarmayacaq".

Politoloqun sözlərinə görə, əgər, Hindistan Pakistana qarşı quru əməliyyatları həyata keçirərsə, müəyyən ərazilərdə irəliləyişlər əldə edərsə, Çin müharibəyə qarışa bilər:

"Qeyd edim ki, Pakistanın paytaxtı strateji yerde deyil, Kəşmirin yaxınlığında yerləşir. Bu da Hindistana birbaşa paytaxtı vurmaq imkanı verir. Hindistan Pakistan müharibəsində daha çox Rusiya maraqlı görünür. Bunun üçün Hindistana ciddi dəstək verir. Yeni müharibə diqqəti Rusiya-Ukrayna müharibəsindən yayındıracaq.

Hindistan Pakistana geniş miqyaslı hərbi əməliyyatlardan çəkinir. Çünki müharibə olacağı təqdirdə Hindistanın qonşuları Pakistanı dəstəkləyəcək. Hindistan demək olar ki, bütün qonşuları ilə problem yaşayır. Çin və Türkiyə bu müharibədə Pakistanın məğlub olmasına imkan verməyəcək..

Süleyman
Xəbəri paylaş