
Türkiyədə əhalinin 20 faizində allergik əlamətlər var.
Newscenter.az xxəbər verir ki, Sağlık Bilimleri Üniversitesi (SBÜ) Gülhane Təhsil və Araşdırma Xəstəxanası Daxili Xəstəliklər, Allergiya və İmmunologiya Mütəxəssisi professor doktor Osman Şener belə deyib. O bildirib ki, allergiya mövsümünün başlaması ilə poliklinikalara müraciət edən xəstələrin sayında ciddi artım baş verib.
Yaz aylarında allergik rinit, astma kimi tənəffüs yoluxucu allergiyaları tətikləyən faktorlar arasında çiçək tozcuqlarının olduğunu izah edən Şener, bu dövrdə polenlərin Türkiyə üçün əhəmiyyətli bir problem olduğunu vurğuladı.
Professor Dr.Şənər, Orta Anadolu bölgəsində taxıl becərilməsi səbəbiylə allergik rinit və astma simptomlarının yaranmasına səbəb olan amillər arasında ot və taxıl polenlərinin olduğunu söyləyib.
Allergiya və qrip əlamətlərinin tez-tez qarışdırıldığına diqqət çəkən Şener, qripin əlamətlərinin daha şiddətli olduğunu deyib.
Anar Əliyev