
Ötən il Türkiyədə 1 milyon 444 min 27 yol qəzası baş verib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, keçən il yol qəzalarının sayı əvvəlki ilə nisbətən 9,88 faiz artıb.
Baş vermiş yol qəzalarının 1 milyon 177 min 172-si avtompbillərin zədələnməsi, 266 min 855-i isə ölüm və ya yaralanma ilə nəticələnən qəzalardır.
İl ərzində ölüm və ya xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin 85,5 faizi yaşayış məntəqələrində, 14,5 faizi isə yaşayış məntəqələrindən kənarda baş verib.
Yol qəzalarında ölənlərin sayı 2023-cü ildə 6548, 2024-cü ildə isə 6352 olub. kənarda baş verib.
Sözügedən dövrdə baş vermiş ölüm və ya xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri nəticəsində 2713 nəfər hadisə yerində, 3639 nəfər isə qəzanın səbəb və nəticələrinə görə səhiyyə müəssisələrinə göndərildikdən sonra 30 gün ərzində dünyasını dəyişib.
Mehman Mehdiyev