Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı seçicilərlə görüşüb


11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonun 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında seçicilərlə görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib,qaldırılan məsələlrin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, diğərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.

Görüşdə Binəqədi rayon icra hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Araz Şiralıyev iştirak edib.

Süleyman
Xəbəri paylaş