Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanla idman və mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Özbəkistanla idman və mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə edilib


Özbəkistanda səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ölkənin gənclər və idman naziri Adham İlxamoviç tərəfindən qəbul edilib.

Newscenter.az xəbər verir ki, səmimi atmosferdə və faydalı şəkildə keçən görüşdə xalqlarımızın ortaq tarixi, dəyərləri və eyni kökdən gəlməyimiz üzərində dayanılıb. Ölkələrimiz arasında idman və mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Xüsusilə Alpaqut döyüş sənətinin Asiyada genişlənməsi, bu döyüş növünün Özbəkistanda inkişafı və Asiya üzrə mərkəz halına gətirilməsi məsələlərinə toxunulub. Bildirilib ki, Alpaqut- türk dünyasının ortaq dəyərləri və döyüş irsi üzərində qurulmuş milli idman növüdür.

Qeyd edilib ki, idman, mədəniyyətin ayrılmaz hissəsi olaraq xalqlar arasında körpü rolu oynayır və birliyimizin möhkəmlənməsində mühüm amildir.

Süleyman
Xəbəri paylaş