
Qazaxıstan Silahlı Qüvvələrinin modernləşdirilməsinə başlanıb və ordunun gücləndirilməsi üçün konkret işlər görülür.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Kasım-Jomart Tokayev Astanada keçirilən hərbi paradda çıxışı zamanı deyib.
"Ölkəmizin müdafiə qabiliyyətinin artırılması çox mühüm vəzifədir. Biz Silahlı Qüvvələrimizin müasirləşdirilməsinə başlamışıq, ordumuzu gücləndirmək üçün konkret işlər görürük. Parlament bu çox vacib məsələ ilə bağlı qanun qəbul edib", - deyə prezident vurğulayıb.
Qasım-Jomart Tokayev qeyd edib ki, dövlət hərbçiləri, xüsusi təyinatlıları, mülki müdafiə personalını daim dəstəkləyir:
"Ordumuzun qüdrəti bilavasitə döyüş ruhu və dəmir nizam-intizamla bağlıdır. Sizin qüsursuz xidmətiniz ölkədə təhlükəsizliyin, əmin-amanlığın təminatıdır. Biz mütərəqqi xalq olaraq asayişi hər şeydən üstün tuturuq".
Mehman Mehdiyev