Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

100 milyon uşaq həyatı boyu həddindən artıq istilərə məruz qalacaq

100 milyon uşaq həyatı boyu həddindən artıq istilərə məruz qalacaq


2020-ci ildə doğulan 100 milyon uşaq həyatı boyu həddindən artıq istilərə məruz qalacaq.

Newscenter.az xəbər verir ki, Save the Children və Vrije Universiteit Brussels tərəfindən aparılan araşdırmada belə qeyd edilib.

Bildirilib ki, dünya karbon emissiyasını azaltmasa, 2020-ci ildə doğulan 100 milyon uşaq həyatı boyu həddindən artıq isti dalğalarına məruz qalacaq. Save the Children və Vrije Universiteit Brussels tərəfindən nəşr olunan yeni araşdırma, 1,5°C-dən çox qlobal istiləşmənin xüsusilə uşaqlar üçün ciddi nəticələrə səbəb olacağını vurğulayıb.

Araşdırmaya görə, 1,5°C qlobal istiləşmə hədəfi yerinə yetirilməsə, bu gün beş yaşında olan uşaqların 83%-i həyatları boyu təhlükəli isti dalğalarına məruz qalacaqlar.

Dünyada mövcud siyasət və öhdəliklərə görə, qlobal istiləşmə 2,7°C-yə çatmaq üzrədir.

Mehman Mehdiyev
Xəbəri paylaş