
"Prezidentimiz faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş Qələbə Paradına qatılmırsa, deməli belə məsləhətdir, bir bildiyi var. Bu addım Cənabın siyasi və diplimatik gedişlərindən biridir və O, döyüş meydanında müzəffər olduğu kimi diplomatiyada da müzəffər liderdir".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Rəşad Quliyev deyib. Onun sözlərinə görə, bu addıma görə sevinənlər anlamalıdırlar ki, bu gediş heç nəyi dəyişmir:
"Azərbaycan öz strateji müttəfiqi ilə yüksək münasibətdədir. Bizim paradda hərbi kontingentimiz və dövlətimizi təmsil edən dövlət nümayəndələri olacaq. Koreya Xalq Respublikasının da Rusiya ilə strateji müttəfiqliyi var, ancaq Koreya səfir səviyyəsində təmsil olunacaq.
Unutmamalıyıq ki, Rusiya ilə münasibətlərin pisləşməsi yalnız düşmənə sərf edər, 3 milyon soydaşımıza zərər görər. Bu 92-ci ilin dövləti deyil ki, duyqular üzərində diplomatik siyasət yürüdülsün".
Anar Əliyev