
Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyan Qazaxıstana rəsmi səfərə gələcək.
Newscenter.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində prezident Qasım-Jomart Tokayevlə danışıqlar zamanı Qazaxıstan və BƏƏ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq və bir sıra ikitərəfli sənədlər imzalanacaq.
Qeyd edək ki, Qələbənin 80 illiyi ilə əlaqədar Moskvada səfərdə olan Tokayev Venesuela prezidenti Nikolas Maduro ilə görüşdə də onu Qazaxıstana dövlət səfərinə dəvət edib.
Mehman Mehdiyev