Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlk dəfə robotlaşdırılmış cərrahiyyə əməliyyatı həyata keçirilib

İlk dəfə robotlaşdırılmış cərrahiyyə əməliyyatı həyata keçirilib


Qazaxıstanda ilk dəfə olaraq şişin çıxarılması üçün uzaqdan robotlaşdırılmış cərrahiyyə əməliyyatı həyata keçirilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki. bu gün Qazaxıstanda ilk dəfə olaraq Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitutunda (KazORZI) Pekin Universitetinin Birinci Xəstəxanası ilə birgə Sagebot SR-2000 robot cərrahiyyə sistemindən istifadə etməklə unikal cərrahi əməliyyat baş tutub.

Əməliyyat təxminən iki saat davam edib. Əməliyyat Çinin Pekin şəhərində doktor Li Xue Sun (M.D., Ph.D.) tərəfindən həyata keçirilib və müdaxilə müasir telekommunikasiya texnologiyaları vasitəsilə uzaqdan edilib. Almatıda (Qazaxıstan) keçirilən əməliyyata Qazaxıstan Milli Elmi-Tədqiqat Cərrahiyyə İnstitutunun cərrahı, tibb elmləri namizədi Xusan Talipbayeviç Umirzakov rəhbərlik edib.

Qeyd edək ki, robot cərrahiyyə urologiya, ginekologiya, ümumi cərrahiyyə kimi sahələrdə ən müasir və effektiv üsullardan biridir.

Mehman Mehdiyev
Xəbəri paylaş