
Birləşmiş Ştatlar prezidenti Donald Tramp yaxın vaxtlarda Vladimir Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Ev rəhbəri bunu prezident iqamətgahında jurnalistlərə verdiyi açıqlamada deyib:
"Biz indicə Ukrayna ilə nadir torpaqlar üzrə saziş bağladıq və bu saziş onların qanunverici orqanı tərəfindən tam ratifikasiya edilərək təsdiqlənib. Biz bunu yüksək qiymətləndiririk və mən prezident Zelenski ilə bir az sonra danışacağam".
Lakin Ağ Ev rəhbəri konkret hansı mövzuları müzakirə edəcəyini açıqlamayıb.
Anar Əliyev