Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Samir Vəliyev vətəndaşları qəbul edib

Deputat Samir Vəliyev vətəndaşları qəbul edib


20 saylı Nərimanov ikinci seçki dairəsindən Milli Məclisin deputatı Samir Vəliyev növbəti vətəndaş qəbulunu keçirib.

Newscenter.az xəbər verir ki, millət vəkili vətəndaşları fərdi qaydada qəbul edərək onların müraciət və təkliflərini dinləyib, çətinlikləri ilə maraqlanıb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin deputat tərəfindən nəzarətə götürüləcəyi və həll edilməsi üçün aidiyyatı qurumlara göndəriləcəyi seçicilərin diqqətinə çatdırılıb.

Süleyman
Xəbəri paylaş