Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saleh Məmmədovun maraqlı kadr təyinatı, yaxud AAYDA sədrinin varislik oyunu

Saleh Məmmədovun maraqlı kadr təyinatı, yaxud AAYDA sədrinin varislik oyunu


"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) Şabran rayonu üzrə "3 nömrəli Yol İstismar" İdarəsinin rəisi Rafiq Kərimov vəzifəsindən azad olunub.

Newscenter.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən müvafiq əmr imzalanıb.

Agentlik sədrinin digər əmrinə əsasən, həmin vəzifəyə Elməddin Rafiq oğlu təyin edilib.

Qeyd edək ki, Elməddin Kərimov işdən azad edilən Rafiq Kərimovun oğludur.
Xəbəri paylaş