
MDB ölkələri arasında ən çox spirtli içki qəbul edən reapublikaların adları açıqlanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Ermənistan ilk beşlikdə yer alıb. Bu ölkədə orta hesabla bir nəfər 4,7 litr alkoqollu içki istifadə edir. Azərbaycan isə 2,9 litrlə Ermənistandan sonra gəlir.
Sırada ilk yeri Rusiya Federasiyası tutur. Bu ölkədə adambaşına 15-17 litrə yaxın alkoqol istehlak edilir. Rusiyadan sonrakı yeri 11,6 litrlə Belarus tutur. Ən az alkoqol isə Qırğızıstanda istifadə edilir. Bu ölkədə alkoqol istehlakı adambaşına 0,72 litrdir.
Mehman Mehdiyev