
"2020-ci ilin 9 noyabrında Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin müddətinin bitməsinə təxminən 6 ay qalır. Müqavilənin şərtinə görə tərəflərdən biri müqavilənin uzadılmasına yenidən imza atmazsa, müqavilənin müddəti izadılmayacaq. Həm də müqavilənin bitməsinə 6 ay qalmış. Deməli, artıq müqavilə artıq gücdən düşəcək, yəni bu, nəzəri olaraq belə olacaq. Təbii ki, müqavilənin şərtləri tam yerinə yetirilməsə də praktiki olaraq öz əhəmiyyətini itirib".
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımovun sözlərinə görə, bu durumda Azərbaycan tərəfi Ermənistandan bu müqavilənin 9-cu bəndinin, yəni Naxçıvana maneəsiz keçid üçün Ermənistanın öhdəliyini tələb edə biləcəkmi? Ermənistan müqavilənin gücdən düşdüyünü bəyan etməyəcəkmi?
"Hesab edirəm ki, bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Azərbaycanın əlində hələlik yeganə legitim imkan olan Zəngəzur dəhlizinin açılması şansı əlimizdən çıxa bilər. Görünən odur ki, Ermənistan vaxta oynayır və bunu gözləyir. Bir neçə aydan sonra biz Ermənistandan bu məsələdə asılı vəziyyətə düşə bilərik. Təbii ki, sülh müqaviləsi məsələsində təzyiq yolları vardır, amma bunların hamısı qeyri-legitim yollar olacaq. Bizi beynəlxalq aləmdə qanundankənar vəziyyətə salacaq. Tək yol reparasiya (təzminat) qarşılığında Ermənistandan ərazi tələbi ola bilər. Amma bu aylar həlledici olmalıdır".
Süleyman