Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mirziyoyev Sloveniyaya səfərə gedib

Mirziyoyev Sloveniyaya səfərə gedib


Özbəkistan prezidenti Şavkat Mirziyoyev Sloveniyaya səfərə gedib.

Newscenter.az Özbəkistan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Mirzoyoyev sloveniyalı həmkarı Natasa Pirs Musarla danışıqlar aparacaq.

Səfər proqramına əsasən, prezidentlər arasında danışıqlar, ölkə parlamenti və hökumətinin rəhbərliyi ilə görüşlər keçiriləcək. Prezident birgə biznes forumda iştirak edəcək.

Qarşılıqlı faydalı ticarət-iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafı, sənaye, əczaçılıq, elektrotexnika, “yaşıl” enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlıq layihələrinin həyata keçirilməsi, əmək miqrasiyası üzrə əməkdaşlıq, humanitar əlaqələrin genişləndirilməsi məsələlərinə baxılacaq.

Süleyman
Xəbəri paylaş